Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.
Bu barədə Korrupsiya.az a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb.
Ondan “Churchil” markalı ov tüfəngi götürülüb.