Qlobal iqtisadi böhran riski daha da artmaqdadır.Korrupsiya.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrdə COVİD-19 virusuna yoluxma sayında yenidən artımlar var, digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Avrozona daxil olmaqla əksər aparıcı dövlətlərinin iqtisadiyyatına təsrsiz ötüşmür:
“Bu arada neft bazarı da qlobal risklərə reaksiyasız qalmır. “Qara qızıl” iyul ayı başladıqdan sonra 6 faizə yaxın dəyər itirib. Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır. Avro da kəskin ucuzlaşmaqdadır. Ukraynda savaş başladıqdan sonra avro 10 faiz ucuzlaşıb. Son 1 ildə isə Avropa pulu 19 faizdən çox dəyər itirib. Göründyü kimi, valyuta bazarlarında da qeyri-stabillik davam edir. Qlobal iqtisadi tənəzzül və tərəddüdlər, o cümlədən bazarlardakı volatilik növbəti aylarda da davam edəcək. Rusiya-Ukrayna müharibəsinin uzanacağı halda qlobal böhran təhlükəsi daha da güclənəcək. Dünya heç də asan olmayan iqtisadi fazaya daxil olur”.