Hadisə iştirakçıları tərəfindən doldurulan yol nəqliyyat hadisəsi barədə protokol (Avroprotokol) elektron formada tərtib ediləcək.Korrupsiya.az  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, hadisə iştirakçıları tərəfindən doldurulan yol nəqliyyat hadisəsi barədə protokol (Avroprotokol) elektron formada tərtib ediləcək və həmin protokola elektron çıxış imkanı yaradılacaq.

Dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Paylaş