Kərim Vəliyev İkinci Şəhidlər xiyabanını ziyarət etdi – FOTOLAR

Kərim Vəliyev İkinci Şəhidlər xiyabanını ziyarət etdi – FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.Korrupsiya.az  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin, eləcə də xiyabanda dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülüb.

  • Kərim Vəliyev İkinci Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
  • Kərim Vəliyev İkinci Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
  • Kərim Vəliyev İkinci Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
Paylaş