Ermənistan hökuməti 2020-ci ilin 44 günlük savaşından sonra Azərbayca torpaqlarından köçmüş hayların problemlərini həll etmək iqtidarında deyil.

“Nə Ermənistan Respublikasının hakimiyyət orqanları, nə də Artsax hakimiyyəti bizim qaçqın statusumuz haqqında danışır. Bizə qaçqın statusu verilməsində israr etməyə davam edirik”. Dia.az moderator.az-a istinadla xəbər verir ki, “Hraparak” yazdığına görə, bunu jurnalistlərə baş hökumət binası yaxınlığında Qarabağdan köçkünlərin etiraz aksiyası zamanı Hadrutdan olan Artur Stepanyan söyləyib.

“Baş nazir bu yaxınlarda Qarabağa verilən maliyyə dəstəyinin iki dəfə artırıldığını bildirdi ki, bu da təxminən 144 milyard dramdır. Lakin Paşinyan həmin dəstəyin niyə iki dəfə artırıldığını heç vaxt deməyib. Qarabağ hökumətinin başında korrupsiya kralı Arayik Arutyunyan oturur. Baş nazir onu xəbərdar etməlidir ki, bu vəsaitlər adi biznes və müxtəlif korrupsioner sxemlər üçün deyil, iş üçün, Qarabağ erməniləri üçün verilir” -deyə A.Stepanyan əlavə edib.

Paylaş