Rusiya Federasiyasının Dövlət Duması bəyan edib ki, Dnestryanı bölgənin Rusiyaya birləşmək “istəkləri” ciddi şəkildə nəzərdən keçirilməlidir.

Korrupsiya.az  xəbər  verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik deyib.

“Bu gün Dnestryanı Moldova ilə birlikdə olmaq istəməyən və eyni zamanda Rusiyanın sülhməramlı kontingentini məmnuniyyətlə qəbul edən Moldovanın anklavıdır. Dnestryanının Rusiyaya birləşmək təklifi hansısa qeyri-müəyyən və uzaq gələcək deyil, daha doğrusu, bu istiqamət yaxın gələcəkdədir. Orada isə ruhən bizə yaxın olan rusdilli insanlar yaşadığı üçün bu təklifə ciddi baxmalıyıq”, – Belik bildirib.

Qeyd edək ki, bundan əvvəl tanınmamış  Dnestryanı Respublikasının rəhbərliyi Rusiyaya birləşmək niyyətini açıqlamışdı. 

Paylaş