Azərbaycanda emal sənayesində 2022-ci ilin yanvar-iyun aylarında 8 milyard 585,1 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən Korrupsiy.az a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 7,8 faiz artım, tütün məmulatlarının istehsalında 7,5 faiz, içki istehsalında isə 7,8 faiz azalma müşahidə olunub.Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 33,2 faiz artıb, kərə yağının istehsalı 0,7 faiz, duru bitki yağlarının istehsalı isə 4,1 faiz azalıb.

Paylaş