Filippin hökuməti ABŞ-ın ölkəyə qarşı sanksiyaları təhlükəsi səbəbindən Rusiya Federasiyası ilə 227 milyon dollar dəyərində Mi-17 helikopterlərinin alınması ilə bağlı müqaviləni ləğv edib.
Korrupsiya.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Filippinin keçmiş müdafiə naziri Delfin Lorenzana bildirib ki, o, hələ vəzifədə olarkən, keçən ay Rusiyadan Mi-17 helikopterlərinin alınması ilə bağlı 227 milyon dollarlıq müqaviləni ləğv edib.