Azərbaycan Mərkəzi Bankında növbəti kadr dəyişikliyi olub.
Korrupsiya.az xəbər verir ki, AMB-nin Maliyyə idarəetməsi departamentinin direktoru Sevda Əmirova vəzifəsindən azad edilib.
Onun yerinə Anar Mansurov təyin olunub.
Qeyd edək ki, A.Mansurov Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurovun oğludur. E.Mansurovun digər oğlu Ülvi Mansurov isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorudur.