“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq “Kapital Bank”-ın reytinqlərini təsdiq edib. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
Korrupsiya.az xəbər verir ki, agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3-dən Ba2 səviyyəsinə, ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) reytinqini isə b1-dən ba3-ə yüksəldib. Kapital Bank-ın uzunmüddətli depozit reytinqləri üzrə proqnozu “stabil” olaraq təsdiqlənib. Agentliyin hesabatında bildirilir ki, Kapital Bank-ın BCA reytinqinin yüksəldilməsi onun kredit portfelinin sağlam, gəlirlilik və likvidlik səviyyəsinin yüksək olmasını əks etdirir.
“Kapital Bank-ın 2021-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı 3,5% təşkil edib. Bankın kapitallaşması (2021-ci ilin sonuna TCE/RWA göstəricisi 13,6% olub), eləcə də yüksək xalis faiz marjası və səmərəlilik hesabına əldə olunan yüksək ehtiyatdan əvvəl gəlirliliyi (vergi və ehtiyatdan əvvəlki mənfəətin risk dərəcəsi üzrə ölçülmüş orta aktivlərə nisbəti 2021-ci ildə 8,6% təşkil edib) kredit itkilərini “udmaq” üçün banka yaxşı bufer yaradır. Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin yüksək səviyyədə qalacağını gözləyir”, — deyə hesabatda qeyd olunur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 107 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.