Avropada təbii qazın spot qiyməti 1000 kubmetr üçün 2300 ABŞ dollarından yuxarı qalxıb.

 

Korrupsiya.az  bu barədə birjalara istinadən xəbər verir.”ICE Futures” birjasında sentyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2311 dollara çatıb. “Mavi yanacağ”ın ticarəti isə 2200 dollardan başlayıb.Qeyd edək ki, Avropada bu enerji resursunun qiyməti “Şimal axını” ilə təbii qazın nəqli imkanlarının məhdud olması səbəbindən yüksəlir.Bundan başqa, bu, Asiya bazarlarında mayeləşdirilmiş qazın qiymətinin artmasına səbəb olub.

Paylaş