Paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (“Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.

Bu barədə Korrupsiya.az a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.

Paylaş