Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanlı həmkarına başsağlığı verib”.

Körrusiya.az xəbər verir ki,  Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanova zəng edərək sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlar nəticəsində Azərbaycan Respublikası hərbi qulluqçularının şəhid olması ilə bağlı başsağlığı verib və bütün qazilərin tezliklə sağalmasını arzulayaraq, Azərbaycanın yanında olduqlarını bildirib.

Paylaş