Ermənistan Azərbaycana qarşı sentyabrın 12 və 13-ü həyata keçirdiyi təxribat zamanı ölən erməni hərbçi qadınların sayını və adlarını açıqlayıb. Korrupsiya.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə  Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bunlar Susanna Qriqoryan, Anuş Apetyan, Alisa Melkonyan, İrina Qasparyan və Qayane Abqaryandır.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamasında 135 erməni hərbçinin öldüyünü etiraf edib.

Paylaş