27 iyun tarixində Prezident İlham Əliyevin Kəlbəcər rayonunda Komando hərbi hissəsinin açılışında dediyi kimi, “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Bu baxımdan, 13 sentyabr tarixində yaşanmış insident də bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyətə malikdir.
Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır. 44 günlük Vətən Müharibəsində olduğu kimi xalqımız yenə də Ali Baş Komandanın ideyaları ətrafında sıx birləşib.
Azərbaycanı ittiham edənlər unutmasınlar ki, ölkəmiz Ali Baş Komandanın rəhbərliyi altında haqq uğrunda vuruşur və haqqın bərqərar olunmasına nail olmağa çalışır.

Tarix boyu təcavüzlərə, təxribatlara məruz qalsa da Azərbaycan hər vaxt beynəlxalq hüquq normalarına riayət etmişdir.  Amma Azərbaycandan fərqli olaraq təcavüzkar Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur. Eyni zamanda 13 sentyabr tarixində baş vermiş təxribat  Avropanın enerji təhlükəsizliyinin təmin olunmasının qarşısının alınmasına da yönəldilmiş bir təxribatdır. Çox təssüf ki, Ermənistan rəhbərliyi Azərbaycana qarşı çirkin əməllərindən əl çəkmir. Bu çirkin əməllərindən biri də  Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 1 milyondan artıq minaların basdırılmasıdır. Hələ də Ermənistan rəhbərliyim minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməkdən boyun qaçırır. Ona görə də həm beynəlxalq təşkilatlar həm də dünya ictimaiyyəti Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır.
Qarşı tərəf və onun havadarları, nəhayət, anlamalıdırlar ki, xalqına və qüdrətli ordusuna arxalanan  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı atılan istənilən addımın qarşısının alınması üçün hər zaman yetərlidir və bu reallıq qarşısında Ermənistanın sülh prosesinə qoşulmaqdan başqa bir yolu yoxdur.
13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses planlı şəkildə həyata keçirilməlidir.
Aytac Quliyeva
Şəhid kapitan Quliyev Hətəmxan Məti oğlunun həyat yoldaşı
Paylaş