Dünya müşahidə edilən əhali qocalması tendensiyası Azərbaycanda da mövcuddur”.
Korrupsiya.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev bildirib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, 2005-ci illə müqayisədə 18 yaşa qədər uşaqların ümumi əhalidə payı 31,8%-dən 25,7%-ə düşüb.
“Azalma təkcə xüsusi çəkidə deyil. Bu yaş qrupuna daxil olan vətəndaşlarımızın sayı son 16 ildə 3,9% azalaraq 2,7 milyon nəfərdən 2,6 milyon nəfərə düşüb. Bu, çox narahatedici məqamdır və demoqrafiya üçün təhlükədir. Azalma digər göstəricilərdə də qeydə alınıb”, – deyə iqtisadçı qeyd edib.