Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin BMT Baş Assambleyasının 77-ci sessiyasında Rusiya prezidenti Vladimir Putinin nüvə təhlükəsi ilə bağlı çıxışını “ədəbsiz” adlandırıb.xKorrupsiya.az əbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Bayden çıxışında Moskvanın “Avropaya qarşı nüvə silahından istifadə etmək üçün açıq-aşkar təhdidlər etdiyini” deyib. Bundan sonra Mariya Zaxarova rus telekanallarının birində Amerika liderinin çıxışını şərh edib.

“ABŞ prezidentinin çıxışına gəlincə, mən bunun nədən başladığını və nəyin əsas istiqamətə çevrildiyini tamamilə nalayiq hesab edirəm. O, çıxışında Rusiya prezidentindən sitat gətirməklə başlayıb. Bu ədəbsizlikdir. Onun bu çıxışı Rusiya prezidentinə qarşı idi”.

Paylaş