Rusiya Prezidenti Vladimir Putinin qismən hərbi səfərbərlik qərarından sonra ölkədə etiraz aksiyaları keçirilib.
Korrupsiya.az BAKU.WS-ə istinadən xəbər verir ki, 300 min ehtiyatda olan hərbçinin xidmətə çağırılacağı qərarından sonra təşkil edilən aksiyalarda 1300-dən çox insan saxlanılıb.
Aksiyaların birində polis əməkdaşları səhvən təhlükəsizlik orqanının əməkdaşlarını saxlayıblar. Öz sənədlərini təqdim edəndən sonra polis əməkdaşları onları dərhal sərbəst buraxıblar.

Paylaş