Oktyabrın 4-də saat 2 radələrində Səbail rayonunun Salyan şosesində bir qadın müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Korrupsiya.az a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qadının Şirvan şəhər sakini Təhminə Qurbanova olması, yol-nəqliyyat-hadisəsinin isə “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub.

Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü Bakı şəhər sakini Anar Əliyev saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Paylaş