Kamçatkada Bolşiye Banni bulaqları ərazisində üç turist yoxa çıxıb.  

Korrupsiya.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin ərazi idarəsinin məlumatında deyilir.

Fövqəladə hallar xidmətinə xəbər oktyabrın 10-dan bazar ertəsinə keçən gecə səyahətçilərdən birinin qohumundan daxil olub. Bildirilib ki, yolsuzluq avtomobilləri ilə səyahətə çıxan bir qrup rusiyalı turist uzun müddət əlaqə saxlamayıb: “Kamçatkada kvadrosikllərdə ixtisaslaşmış yanğınsöndürmə və xilasetmə bölməsinin əməkdaşları üç vətəndaşı axtarmaq və mümkün yardım göstərmək üçün yola düşüblər”, – məlumatda deyilir.

Eyni zamanda qeyd edilir ki, itkin düşənlərin axtarışı ərazinin uzaqlığı və pis hava şəraiti səbəbindən çətinləşir. Rayon ərazisinə yağan intensiv yağıntılar səbəbindən işləri xilasedicilər təyyarələrlə həyata keçirirlər

Paylaş