Korrupsiya.az informasiya agentliyinin redaksiyasina etibarlı mənbə tərəfindən faktlarla şikayət daxil olub.
Şikayətdə bildirilir “Sanator Kurort Reabilitasiya Mərkəzinin”
Baş direktoru Mürsəlov Mürsəl Fərhad oğlu Reabilitasiya Mərkəzində apardığı qanunsuz korrupsiya faktlarını sizlərə bildirmək istəyirik.
Maraqlısı odur ki, Reabilitasiya Mərkəzində qanunsuz faktlar o qədərdi ki, bilmirik hansınan başlayaq hansında bitirək.
Mənbə bildirir ki, Reabilitasiya mərkəzinə ayrılan büdcə pulları Baş direktor tərəfindən müxtəlif maxinasiyalar ilə mənimsənilir.Mənimsəmə faktlarından biridə Reabilitasiya mərkəzinə çəkiləcək içməli su ilə bağlı tender elan olunur.
Tenderi”AVRO QRUP-22″ Məhdud Məsuliyyətli Cəmiyyəti İçməli suyun satınalınması ilə bağlı tenderin qalibi olur 73710 AZN məbləğinin qarşısılığında Reabilitasiya mərkəzinə içməli su ilə təmin etməlidir,lakin bu təyinatı üzrə olmur.
Mənbə bildirir ki, 73.710 AZN lik görüləcək işın yerinə reabilitasiya mərkəzinə gələn təssərüfat sularına filtr çən qoşularaq bir başa içməli su kimi xəstələrə və işçilərin istifadəsinə verilir.
Mənbə iddia edir ki, Baş direktor Mürsəlov Mürsəl tenderde qazandırdığı şirkətlərlə əlbirdi, və o şirkətlər bir başa direktorun yaxın çevrəsi hesab olunur.
Buradan belə qənaətə gəlmək olur ki,dövlət büdcəsindən Reablitasiya mərkəzinə ayrılan pullar, təyinatı üzrə xərclənməsində şübhələr var.
Ona görə ki, ayrılan pullara nəzarəti bir başa Baş direktorun Səhiyyə nazirliyində maliyyə şöbəsi ilə sıx əlaqəsi var ,buna sübut isə Səhiyyə nazirliyinin maliyyə şöbəsindən daxili yoxlamaya gələndə guya hər şey qəpikinə qədər düz olduqu qeyd olunaraq,yoxlama yüksək razılıqla gedir əslində isə. Hər şey əksidi.
“ARBİNO CO” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022 –ci İlin Yeni il şənliyinin təşkil olunması ilə bağlı Bayram tədbirlərinin keçirilməsi xidmətinin satın alınması üçün 40900 AZN məbləğində tenderin qalibi olur. Mənbə sual verir ki, 40900 manatlıq bayram süfrəsinə bu fotoda baxıb qiymət verə bilərsiz?
Sanatoriyada fəhlə ştatı çox açılsada, lakin ştatdan az fəhlə işləyir,burdan belə sual ortaya çıxır maaş kartları kimdədir? İşdə adı gedənlərin.
“BRİC SERVİS-22” Məhdud Məsuliyyətli Cəmiyyəti Abadlaşdırma, yaşıllaşdırma və digər işlərinin satın alınmaı 44080 AZN məbləğin qarşılıqında abadlaşdırma işlərini öhdəliyinə götürsədə,lakin sanatoriyanın ərazisində təsərrüfat problemlərini kustar üsulla düzəldərək həll edir.Burdada sual ortaya çıxır,bəs 44.080 AZN talehi?
Mənbənin daha bir iddiası var ki, sanatoriyanın ikinci mərtəbəsində icarə ilə qanunsuz kafe kənardan gələn şəxslərə fəaliyyət göstərir.
Mənbə bir daha bildirir ki, sanatoriyaya gələn kompleks yoxlamalar əvvəldən baş direktorumuza xəbər edilir və yoxlama yenədə hansısa səbəblərdən qanunsuzluqlara göz yumub razı gedir.
Sanatoriyada açıq bazardı bura diqqətdən kənarda qalıb deyə şikayətdə bildirilir.
Korrupsiya az informasiya agentliyi olaraq bildirmək istəyirik ki, adı çəkilən sanatoriya ilə bağlı hüquq mühafizə orqanlarının Reablitasiya mərkəzində kompleks araşdırma aparılmasına ehtiyac var .
Jurnalist araşdırması edərək,sanatoriya ilə bağlı yeni faktlar ortaya çıxarmağa çalışacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməkə hazırıq.