Cakartada naməlum silahlı qadın prezident sarayı kompleksinə soxulmağa cəhd edib.
Korrupsiya.az İndoneziyanın yerli KİV-lərinə istinadən xəbər verir ki, 30 yaşlı qadın çərşənbə axşamı səhər Merdeka prezident sarayına girməyə çalışıb. Prezidentin mühafizə xidmətinin növbətçi əməkdaşları qadının şübhəli davranışını görüb və onun hərəkətlərini diqqətlə izləməyə başlayıblar
Sarayın hasarından keçmək cəhdi uğursuz olduqdan sonra naməlum qadın geyimində gizlətdiyi silahı hərbçilərə tuşlayıb. Təhlükəsizlik işçisi Dua Anqqa Prayoqa dərhal qadını nişan alıb. Bundan sonra naməlum şəxs tərksilah edilib.
Prezidentin təhlükəsizlik xidməti qadını əlavə araşdırma üçün İndoneziya polisinə təhvil verib.