Goranboyda qadının qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Korrupsiya.az a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın kirayədə yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
***21:55
Goranboyda qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Korrupsiya.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy rayon Polis Şöbəsinə qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub:
“Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir”.
***21:36
Goranboyda qətl hadisəsi baş verib.
Korrupsiya.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Bəbir Həsənli həyat yoldaşı 1993-cü il təvəllüdlü Zəhra Babayevanı bıçaqlayaraq qətlə yetirib.
Qeyd edək ki, hər iki şəxs hərbi qulluqçudur.
Bəbir Həsənli baş leytenant, Zəhra Babayeva isə MAXE-dir.