İndoneziyanın Qərbi Yava əyalətində 5 bal gücündə zəlzələ baş verib.
Korrupsiya.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bildirilir ki, 5 bal gücündə zəlzələnin Qərbi Yavanın paytaxtı Bandunq yaxınlığında, 67,9 kilometr dərinlikdə baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.