QUMbeçələr sosial şəbəkələrdə Azərbaycana qarşı hədyanlarla dolu fikirləri kəskinləşdirdilər, amma Bakı onların qurduğu şəbəkənin də işini iflic etdi.
Çalmalıların Yaxın Şərqdəki proksi qüvvələrinin üzvləri olan azərbaycanlılar Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları ilə ifşa edildilər və bununla da Tehran kəşfiyyat savaşındakı məğlubiyyətinin acısını dadır.
İran, onsuz, dünya çapında da kəşfiyyat sahəsində xeyli uğursuzluqlara düçar olur və Azərbaycanın əlində koordinasiyalı şəkildə həyata keçirilən effektiv tədbirlər nəticəsində əlavə məlumatların olması da şübhə doğurmur.
Amma molla rejiminin, bəlkə, özünə gəlib reallıqları dərk etməsi gözlənilir, Bakı mövqeyini çox soyuqqanlı şəkildə nümayiş etdirir, bununla belə, Tehranın davranışlarında xoşməramlılıq sezilmir.
Buna görə də aqressivləşən cənub qonşumuz çətiri altında olan marginal əlaltılarının vasitəsilə yeni həmlələrə keçmək potensialına malikdir və bu da DTX-ni yeni əməliyyatlar aparmağa vadar edəcək.
Yəni Tehran Azərbaycanın hansısa faktları bilmədiyini düşünürsə, bu məsələyə münasibətdə dərin yanlışlıq içərisindədir.
Azərbaycanın əlində ola biləcək və açıqlanmayan məsələlərə gəlincə, bunu bir neçə bənddə təsnifatlandıra bilərik.
1. Ermənistanın işğalı dövründə İran Qarabağdan Yaxın Şərqdə döyüşçülər hazırlamaq üçün istifadə edirdi, Azərbaycan bu haqda təfərrüatlı faktlara malikdir;
2. İran Qarabağı özünün qeyri-leqal gəlir mənbələri siyahısına daxil etmişdi və qanunsuz iqtisadi fəaliyyətlə maliyyə itkilərini kompensasiya edirdi;
3. İranın Azərbaycana qarşı təhdid ritorikası narkotrafik şəbəkəsi vasitəsilə də həyata keçirilir.
Azərbaycan bu istiqamətdə fəaliyyətini gücləndirərək molla rejiminin ifşa edilməsi işini davam etdirəcək.
Paylaş