Polşanın raketlə vurulmasından sonra nüvə narahatlığı artıb.

Korrupsiya.az  xarici mediaya istinadən xəbər verir ki, Polşanın sərhədə yaxın Przevodov kəndinə düşən raketlər bütün dünyada narahatlıq doğursa da, nüvə variantlarını qiymətləndirən ekspertlər dəhşətli fəlakətssenarilərini açıqlayıblar.

Britaniya mətbuatı nüvə silahının mümkün istifadəsi nəticəsində baş verə biləcək fəlakətləri sadalayıb.

Bildirilir ki, Putin ilk hücumunda Britaniyanı hədəfə alarsa, təxminən altı milyon insan ölə bilər.

Əvvəllər ekspertlər Hindistan və Pakistan arasındakı əraziləri vuracaq nüvə raketinin birbaşa 27 milyon insanın ölümü ilə nəticələnə biləcəyini irəli sürmüşdülər. Bildirilib ki, ssenari ABŞ və Rusiya arasında qlobal nüvə müharibəsinə çevrilərsə, birbaşa təsirlərdən dünya üzrə ən azı 360 milyon insanın ölümünə səbəb ola bilər.

Paylaş