Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantında əvvəlki müzakirələr zamanı irəli sürülən bir sıra təkliflər nəzərə alınıb”.

Korrupsiya.az  xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Əli Hüseynli parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib.

Vitse-spiker bildirib ki, qanun layihəsinin ilkin variantında narazılıq yaradan bəzi məsələlər aradan qaldırılıb:

“Partiyaların yaradılması, ləğv edilməsi və digər məsələlərə görə verilən müddətlərə yenidən baxılıb. O müddətlər ki, çox hesab edilirdi azaldılıb, az hesab edilirdi çoxaldılıb. Müddətlər ortaq məxrəcə gətirilib. Qanun layihəsinə digər dəyişikliklər də edilir, müzakirələr zamanı narazılıq yaradan digər məsələlər aradan qaldırılıb. Hesab edirəm ki, qanun layihəsini plenar iclasa tövsiyə etmək üçün əsaslar var”.

Paylaş