Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Dünya Teqbol Federasiyasının prezidenti Qabor Borsaniy və beynəlxalq şöbəsinin müdiri İştvan Dobrei, Azərbaycan Teqbol Federasiyasının prezidenti Vüqar Xəlilov və baş katib Əfqan Həmzəyevin ASAPES-in rektoru Fuad Hacıyev və akademik heyətlə görüşü keçirilib.

Korrupsiya.az xəbər verir ki, qonaqlara ASAPES-in fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, daha sonra Elmi-tədris laboratoriyası ilə Multimedia Mərkəzinə baxış keçirilib və hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verilib.

Görüşdə Dünya Teqbol Federasiyasının Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Teqbol Federasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Akademiyanın rektoru Fuad Hacıyev qonaqlara ASAPES-in hazırkı və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verib.

Dünya Teqbol Federasiyasının prezidenti Qabor Borsaniy Azərbaycana səfərinin məqsədləri barədə danışaraq ölkəmizdə bu idman növünün inkişafına töhfə vermək istədiyini və bunun üçün lazımi tədbirlər görüləcəyini bildirib.

Paylaş