2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi fiber-optik rabitə ilə təmin olunacaq.
Korrupsiya.az xəbər verir ki, bunu bu gün jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, ölkənin bütün şəhər və kəndləri, o cümlədən ən ucqar kəndlər genişzolaqlı internetlə təmin olunacaq.2022-ci il ərzində Azərbaycanda 470 min ev təsərrüfatı internetlə təmin olunub”, – nazir əlavə edib.