Onlayn İctimai Nəzarət Platforması (www.e-nezaret.az) sentyabr –noyabr aylarını əhatə edən rüblük fəaliyyətinə həsr olunmuş tədbir keçirib.

Korrupsiya.az  xəbər verir ki, tədbirdə son 3 ayda platformaya daxil olmuş müraciətlər və  onların icra vəziyyəti müzakirə edilib. Qeyd olunub ki, Onlayn İctimai Nəzarət Platforması foto və video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yol səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Monitorinqin nəticələrinə görə “Azərsu” ASC vətəndaşların müraciətlərini operativ həll edən ən fəal dövlət müəssisələrindən biri olub və qeyd olunan problemlərin 70 faizi öz həllini tapıb.

Paylaş