Xəzər dənizinin Dağıstan sahillərində suitilərinin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq.

Korrupsiya.az  TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Dağıstan Nazirlər Kabinetinin Teleqram kanalında məlumat dərc olunub.Qərargahda “Rosprirodnadzor”, “Rosrıbolovstvo”, Xəzər Bioloji Resurslar İnstitutunun nümayəndələri, həmçinin bələdiyyələrin rəhbərləri və alimlər yer alacaqlar. Bununla bağlı sərəncam yaxın vaxtlarda imzalanmalıdır”, – məlumatda qeyd edilib.

Paylaş