Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Korrupsiya.az xəbər verir ki, layihədə növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6 milyard 263 milyon 970 min manat məbləğində nəzərdə tutulub.

Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub

Paylaş