Korrupsiya.az  – Məlum olduğu kimi, 22 dekabr tarixində AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan etmişdi. DİA.AZ bildirir ki, sonradan bunun fırıldaq olduğu tam olaraq təsdiqləndi və bu barədə geniş materialımızı da diqqətinizə çatdırdıq. Maləsəf hələ də açıqladığımız faktlara hansısa izahat verilməyib…

YAZI BURADA: İndi hardan bilək ki SATIŞDA UCUZ BİLET VAR İDİ?.. – “Yetər millətin cibini soyduğunuz!”

"Buta"dan bilet alan da peşmandır, almayan da...

Qeyd edək ki, vətəndaşlar əsasən kampaniyanın saxta olduğundan və bilet ala bilmədiklərindən, almaq üçün müraciət imkanlarının olmamasından giley edirdilər. İndi təqdim edəcəyimiz şikayətin müəllifi isə bilet almış kimi görünsə də, bunun rəsmiləşməməsindən giley edir. Yəni nə olursa-olsun, kimsə bilet əldə edə bilməyəcək bu kampaniyadan… Təbii ki möhtəkirlər xaric… (bu barədə növbəti materialımız olacaq -dia.az)

"Buta"dan bilet alan da peşmandır, almayan da...

“Şikayətim “Buta Airways”-dəndir”. DİA.AZ bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Abdulla Şabanov adlı istifadəçi giley edir.

"Buta"dan bilet alan da peşmandır, almayan da...
"Buta"dan bilet alan da peşmandır, almayan da...

Dahas sonra narazı vətəndaş yazır: “Srağa gün (23 dekabr tarixində -dia.az) gücnən birtəhər bir dənə bilet aldım 52 manata, Kazana gediş-gəliş üçün… Amma bilet elektron ünvanıma gəlmədi.

Dünəndən bu günə 10 dəfə bəlkə zəng etmişəm, hər dəfəsində də 6-7 dəqiqə gözləmişəm. Nə whatsappa cavab verirlər, nə zəngi götürürlər. Olmaz da belə…”

Hər halda, görünəni odur ki, elan edilən məlum kampaniyada məqsəd heç də vətəndaşları ucuz biletlə təmin etmək olmayıb… Bunun adına ən yaxşı halda məzələnmək demək olar…

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq…

Paylaş