Rusiya Yeni il ərəfəsində xüsusilə qanadlı raketlərdən istifadə etməklə genişmiqyaslı hücuma keçə bilər”.  

Korrupsiya.az  xəbər verir ki, bunu Ukraynanın energetika naziri Herman Haluşenko yerli KİV-ə müsahibəsində deyib.

O, “Ruslar enerji şəbəkəmizə hücumlarından əl çəkməyib. Yeni il isə enerji şəbəkəmizə zərər vurmağa çalışacaqları tarixlərdən biri ola bilər”  – deyib.

Ukraynalıların Yeni ili problemsiz qarşılaya bilmələri üçün enerji infrastrukturunun mümkün qədər tez təmir olunduğunu vurğulayan Haluşenko bunun “Rusiyanın yeni hücumları olmadan mümkün olacağını”,-  deyib.

Rusiya lideri Putin daha əvvəl Ukraynanın enerji infrastrukturuna hücum etdiyini açıqlamışdı.

Paylaş