ABŞ-ı bürüyən qar fırtınasının miqyası durmadan artır.

Korrupsiya.az  xarici mediaya istinadən xəbər verir ki, fırtına Kanadanın yaxınlığındakı Böyük göllərdən Meksika ilə sərhəd boyunca Rio-Qrandeyə qədər uzanıb.

Məlumata görə, soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.

Əlverişsiz hava şəraiti nəticəsində Kolorado, İllinoys, Kanzas, Kentukki, Miçiqan, Missuri, Nebraska, Ohayo, Oklahoma, Tennessi, Viskonsin və Nyu-York ştatlarında insan ölümü qeydə alınıb. Təkcə Nyu-Yorkda 27, Buffaloda 18 nəfər ölüb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Nyu-York ştatında qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Paylaş