Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyan və İlham Əliyevlə birgə danışmağa nail olduğunu açıqlayıb. 

Korrupsiya.az  xarici KİV-ə istinadən xəbər verir ki,  o, bu  barədə  Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşündə bildirib.

Söhbətimizə dünən başladıq, üçümüz danışa bildik. Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edəcəyik”, – deyə Putin bildirib.

Xatırladaq ki, dekabrın 26-27-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir.

Paylaş