Mütəşəkkil olan rus və yəhudi icmalarını ekoloqların etiraz aksiyasında fəal iştiraka səsləyək. Qoy dünya görsün. Həm bizim bir yerdə mehriban olmağımızı, həm də ümummilli problemimizin hamı üçün eyni olduğunu”.

Korrupsiya.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

E.Allahverdiyev ölkədəki milli icmaların nümayəndələrini etiraz aksiyasında daha mütəşəkkil iştirak etməyə çağırıb:

“Azərbaycan rəngarəng milli tərkibə malik ölkədir. Bütün dünya bilir ki, biz burada heç bir ayrı-seçkilik olmadan, fərq qoyulmadan yaşayırıq. Bu vəziyyət həm etnik müstəvidə, həm də konfessional baxımdan belədir. Müxtəlif dinlərin nümayəndələri bir yerdə yaşayır və biz birlikdə Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Bəs Ermənistanda vəziyyət necədir? Bu gün bu dövlət monomillətli ölkədir. Əhalinin mütləq əksəriyyəti ermənilərdir. Biz azərbaycanlıların XX əsrdə mərhələ ilə Ermənistandan qovulduğunu bütün dünya bilir. Sonuncu deportasiya ötən əsrin sonlarında baş verdi. 200 mindən çox azərbaycanlı qovulduqdan sonra Ermənistan yalnız ermənilərdən ibarət bir ölkəyə çevrildi. Azərbaycan isə qeyd etdiyim kimi, çoxmillətli və müxtəlif konfessiyalı dövlətdir. Fikrimcə, biz bütün dünyaya nümayiş etdirməliyik ki, müxtəlif xalqlarının və dinlərin nümayəndələrinin Azərbaycanda yaşaması sadəcə statistika deyil. Yəni bu gün Azərbaycanın Qarabağdakı təbii sərvətləri talan edilirsə, bu, hər birimizin hissiyatına toxunur – azərbaycanlının da, rusun da, yəhudinin də, müsəlmanın da, xristianın da”

Paylaş