Ukrayna Təhlükəsizlik Xidməti rus oliqarxının təxminən 2 milyard qrivna dəyərində əmlakını müsadirə edib. 

Korrupsiya.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə SBU məlumat yayıb.

Ukraynanın bir neçə dəniz limanının ərazisində gizli xammal aşkar edilib. Çıxarılan faydalı qazıntıların ümumi dəyəri demək olar ki, 2 milyard UAH təşkil edir”, – hesabatda deyilir.

Aşkar edilmiş dəmir filizi partiyasının Kremlin ali hərbi-siyasi rəhbərliyinin yaxın çevrəsinə daxil olan rusiyalı oliqarx Əlişir Usmanovun şirkətinə məxsus olduğu müəyyən edilib.

Paylaş