Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpini Moskvaya dəvət edib.

“Korrupsiya.az” TASS-a istinadən xəbər verir ki, Rusiya lideri çinli həmkarını 2023-cü ilin yazında gözlədiyini bildirib.

“Şübhə etmirəm ki, biz şəxsən görüşmək imkanı tapacağıq. Sizi, hörmətli sədr, əziz dost, gələn ilin yazında Moskvaya dövlət səfərinizi gözləyirik”, – Putin Cinpinlə videokonfrans zamanı bildirib.

Putinin sözlərinə görə, Si Cinpinin səfəri dünyaya Rusiya-Çin əlaqələrinin gücünü nümayiş etdirəcək və Moskva ilə Pekin arasında ilin əsas hadisəsi olacaq.

Paylaş