SOCAR neft şirkətinin Ukraynadakı “Energy Ukraine” şəbəkəsi ukraynalı məktəblilər üçün 1 milyon qrivna ( təxminən 460 min manat) toplayıb. 

“Korrupsiya.az” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Bu vəsaitə 574 ədəd ilkin tibbi yardım çantası alınıb və onlar Ukraynanın müxtəlif vilayətlərindəki 12 məktəbə təhvil verilib.

Tibbi dəstlərdən əlavə, hər bir ilk yardım dəstində tələbələr və məktəb işçiləri üçün psixoloji yardım üçün təlimatlar var. Bu göstərişlər birinci xanım Yelena Zelenskanın Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Səhiyyə Nazirliyi tərəfindən əlaqələndirilən Milli Psixi Sağlamlıq Proqramının yaradılması təşəbbüsü çərçivəsində hazırlanıb.

“Şirkət üçün bu layihə çox vacib idi. Bizim üçün ukraynalılara kömək etmək hər zaman birinci yerdədir. Və əlbəttə ki, tərəfdaşlarımıza və pul yığımında iştirak edənlərin hamısına təşəkkür etmək istəyirəm. Bu layihə uğurla başa çatıb və biz irəliləyirik – çoxlarının köməyə ehtiyacı var və bizim daha bir çox mühüm xeyriyyə təşəbbüslərimiz planlaşdırılır” – SOCAR Energy Ukraine şəbəkəsinin direktoru İhor Orlov bildirib.

Paylaş