Hindistanın paytaxt şəhəri Dehlidə insanlar etiraz aksiyalarına başlayıblar.  

“Korrupsiya.az” gazeta.ru-ya istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı qızın ölümün olub. Belə  ki, yanvarın 1-i səhər saatlarında qızın idarə etdiyi skuter avtomobillə toqquşub. Nəticədə qızın cəsədi avtomobilə ilişib və təxminən 10-12 kilometr sürüklənib.

Uzun məsafədən sonra avtomobildən atılan cəsəd  insanların haqlı narazılığına səbəb olub.  Hindistanlılar öldürülən skuter sürücüsü üçün ədalət tələb ediblər. Hadisədən sonra Dehli polisi açıqlama yayıb.

“Qızın başının arxası və kürəyindən demək olar ki, heç nə qalmayıb, çünki maşın onu uzun müddət küçə ilə sürükləyib. Sonra döngədə cəsəd maşından atılıb. Hadisə ilə bağlı 5 nəfər həbs edilib”, – deyə açıqlamada qeyd olunub.

Qəzanın dəhşətli təfərrüatları Hindistanda qəzəb dalğasına səbəb olub. Bir çox hindistanlılar küçələrə axışaraq günahkarların ağır cəzalandırılmasını tələb ediblər. Hadisənin baş verdiyi ərazidəki polis idarəsinin qarşısına yüzlərlə insan toplaşıb.

Yüksək səviyyəli siyasətçilər də araşdırmaya çağırıblar.

Paylaş