Bakıda evdə yanğın olub.

“Korrupsiya.az” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü, bitişik ümumi sahəsi 60 m² olan birmərtəbəli evin lambirdən ibarət tavanı 30 m² sahədə və içərisində 1 ədəd televizor yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş