İsrailin yeni müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd Ostin ilə telefon danışığı aparıb.

“Korrupsiya.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Yaxın Şərqdə təhlükəsizlik və sabitlik məsələlərini, həmçinin İrandan gələn təhdidləri müzakirə edib. Qalant İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Paylaş