Yanvarın 5-də Rusiyanın Kamçatka bölgəsindəki Şiveluç vulkanı püskürüb. 
“Korrupsiya.az” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dağın hündürlüyü 3283 metrdir. O, 7,5 min metr hündürlüyə qədər kül püskürüb.
Hazırda yaşayış məntəqələrinə kül tökülməsi qeydə alınmayıb. Vulkanın ərazisində turist qrupları yoxdur.

Paylaş