El Çaponun oğlu Ovidio Quzman Lopezin polis tərəfindən saxlanılmasından sonra ölkədə etiraz aksiyaları keçirilir. 

“Korrupsiya.az” xəbər verir ki,  Sinaloa dəstə üzvləri şəhərin müxtəlif yerlərində polislə toqquşub.

Hadisələrdə 7-si polis olmaqla 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

Zorakılıq dalğasının hava limanına keçməsi ilə əlaqədar 100-dən çox reysin ləğv edildiyi bildirilir.

Federal Mülki Aviasiya Agentliyi (AFAC) Sinaloa Hava Limanına giriş-çıxışın ştatda artan zorakılıq mühiti səbəbindən dayandırıldığını açıqlayıb.

Digər tərəfdən, Culiacan Beynəlxalq Hava Limanı yaxınlığında silahlı qüvvələrlə toqquşan dəstə üzvlərinin silahlarından çıxan iki güllə ticarət təyyarəsinə dəyib.

 

***09:05

Meksikada El Çapo ləqəbli məşhur narkobaron Xoakin Quzmanın oğlu Ovidio Quzman Lopez ölkənin şimalında saxlanılıb.

“Korrupsiya.az”  xəbər verir ki, Meksikadakı federal hökumət mənbələrinə görə, ABŞ tərəfindən ən çox axtarılan narkotik tacirlərindən biri olan Quzman Culiacan şəhərində keçirilən əməliyyatda yaxalanıb.

Ştat qubernatorunu  sözlərinə görə, federal polisin səhər saatlarında əməliyyat keçirdiyini və ictimaiyyətdən evlərini tərk etməmələrini istəyib.

Əməliyyatın təfərrüatları hələlik səlahiyyətlilər tərəfindən açıqlanmayıb.

Qeyd edək ki,  El Çapo ləqəbli Xoakin Quzman iyul ayında ABŞ-ın Nyu-York ştatında iş üzrə ömürlük həbs cəzasına məhkum edilib.

2001 və 2015-ci illərdə Meksikada iki ciddi rejimli həbsxanadan qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutulub və ABŞ-a ekstradisiya edilib.

Paylaş