Dövlət Yol Polis əməkdaşları gücləndirilmiş iş şəraitində işləyirlər.

Bu barədə “Korrupsiya.az“a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, respublika yollarında DYP əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri davam etdirilir:

“Avtomobil yollarında bütün əməkdaşlar gücləndirilmiş formada fəaliyyət göstərirlər. Yolda qalan avtomobillərə köməklik göstərilir, təhlükəli yollarda nəqliyyat vasitələri patrul avtomobilləri tərəfindən müşayiət olunur”.

Paylaş