2023-cü il yanvarın 16-dan fevralın 1-dək Belarus və Rusiya Silahlı Qüvvələrinin aviasiya bölmələrinin iştirakı ilə birgə taktiki uçuş təlimləri keçiriləcək. 

“Korrupsiya.az” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik qeyd edib ki, yanvarın 8-də Rusiya Silahlı Qüvvələrinin Kosmik Qüvvələrinin aviasiya bölməsi Belarusa gəlib.

Taktiki uçuş təlimlərinə Respublika Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün aviasiya vasitələri və təlim zabitləri cəlb olunacaq.

Paylaş