Korrupsiya.az xəbər verir ki, tanınmış idmançı Anar Süleymanli Gənclər və İdman Nazirliyini öz şəxsi facebook səhifəsində sərt tənqid edib.

İdmançının etiraz yazısını sizə olduqu kimi təqdim edirik.

…..
Biz sizə vakansiyalı yerlərlə bağlı müraciət edirik, seçimə çağrılmadan , bizi uzaqlaşdırırsız, susuruq!
……
İctimai birliklə bağlı müraciət edirik, bizi yola verib, oradanda uzaqlaşdırırsız , sususruq !
…..
Aktiv çalışan federasiyamızı qeyri-qanuni yolla bağlayırsız, susuruq!
……..
İlin idman yekununda , biz qeyri olimpiya idman növü ilə məşğuı olan idmançıları , idmançı hesab etməyib , tədbirə dəvət etmirsiz, susuruq !
……

Göstərdiyimiz xidmətə görə , mənzil mükafatı və fəxri adlarla bağlı müraciət edirik, bizim sənədlərimizi cırıb atırsız , yenədə susaq ?
……
Bəs bizim qaldırdığımız bayraq deyil?
Bəs bizim yarışlarda məğlub etdiyimiz idmançılar, adam deyil?!
Bəs bizim qırılıb , dağılan nahiyələrimiz canımızdan getmir?
Bəs bizim aldığımız təhsil, təhsil deyil?
Bəs bizim bildiyimiz dillər, dil deyil ?
Bəs Allah hər birimizi eyni yaratmayıb?
Bəs biz, bu dövlətin bayrağın qaldırıb, himnini səsləndirmirik?

Siz nə etmək istəyirsiz ?
Siz bizdən nə istəyirsiz?
Bizə nə verib , ala bilmirsiz?
….

Bizdən üstün hansı cəhətlərinizə görə, bizi ciddiyə almırsız?
Biz sizdən qorxmuruq !
Sadəcə Ölkəmizə , Prezidentimizə, Bayrağımıza hörmətimiz olaraq susuruq !
Bizim yetərli düşmənimiz var zatən.
AYIBDIR AXI !
….
44-günlük vətən müharibəsində, Q/O/İ növü ilə məşğul olan idmançılar , canlarından keçdilər.
Heç olmasa bunu nəzərə alın !..
……
Bir gün Cənab Prezidentimiz sizin bizə etdiklərinizi nəzərə alacaq !

Paylaş