“Kapital Bank”ın aktivləri 1 yanvar 2023-cü il tarixinə 7,8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,2 milyard manat olub.

“Korrupsiya.az” xəbər verir ki, bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2023-cü il tarixinə 6,1 milyard manat olub.

Bankın 1 yanvar 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 802 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manat təşkil edir.

Qeyd edək ki, “Kapital Bank” Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt,, Birbank kartı sifarişi üçün —https://kbl.az/tkstcrd.

Paylaş