Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən çıxarılıb.

“Korrupsiya.az”ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədrinin birinci müavini, sədr vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, komitənin Avtomobil Nəqliyyatı idarəsinin rəisi, gömrük xidməti polkovniki Simurq Cəfərov vəzifəsindən azad edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

 

Paylaş